Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nazirdən Raquf Orucovun oğluna diqqət

Tarix: 31-08-2019 / 20:42 | Baxılıb: 147
yazıyı büyüt yazıyı küçült
Nazirdən Raquf Orucovun oğluna diqqətNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə aprel şəhidi Raquf Orucovun oğlu Nihad Orucova planşet hədiyyə edib.

Vətənpərvər.info xəbər verir ki, bu barədə məktəblinin qohumları sosial şəbəkədə məlumat paylaşıb.

Nazirdən Raquf Orucovun oğluna diqqətBildirilir ki, 3 ay bundan öncə Nihad Orucov nazirlə görüşündə məktəbdə istifadə etdiyi planşetin köhnə olduğunu deyib. Nazir isə yeni dərs ilində ona təzə planşet hədiyyə edəcəyinə söz verib və buna əməl edib.

Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Sentyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ