Hall Hazırda oxuduqunuz xəbər
baslik

4 yumurta, 1 pendir və çay- 40 AZN

Tarix: 28-06-2019 / 15:41 | Baxılıb: 105
yazıyı büyüt yazıyı küçült
4 yumurta, 1 pendir və çay- 40 AZNMasallıya istirahətə gedən Bakı sakini "Viləş Palace Hotel”dəki qiymətdən narazı qalıb.
Vetenperver.info xəbər verir ki, şair Yusif Məhəmmədoğlu sosial şəbəkədə status yazaraq istirahət mərkəzinin vergidən yayındığını, müştərilərə qəbzin təqdim olunmadığını qeyd edib.

Eyni zamanda, o, 4 yumurta, 1 pendir və çay üçün 40 AZN ödədiyini bildirib: "Masallı rayonunda yerləşən "Viləş Palace” MMC- də, yəni el dili ilə desək Viləş İstirahət Mərkəzində səhər yeməyi yedik. Şəkildə də gördüyünüz kimi 4 yumurta (1- i yeyilib), bir pendir və bir çaynik çay. Bu da edir 40 manat. Yediyimizə görə qəbz tələb etdik. Vermədilər və dedilər ki, otel yeməyə görə qəbz vermir. Deməli, bu da vergidən yayınmadır.

4 yumurta, 1 pendir və çay- 40 AZNSonra dedilər ki, səhər yeməyi bir adam üçün 10 manat, uşaqlar üçün isə ödənişsizdir. Belədirsə, deməli, biz 10 manat ödəməli idik. Axı deyirlər, uşaqlara pulsuzdur. Uşaqların anası da yeməyib.
3 yumurta ye və 40 manat ödə. Bəxtimiz orda gətirdi ki, biz orda nahar etmədik. Yəqin ki, 400 manat alacaqdılar. Yumurtanın biri 20 manat olan istirahət mərkəzində bir şiş kabab da 200 manat olar. Yazdım ki, məlumatınız olsun ki, yolunuz buralara düşsə, "Viləş”dən uzaq durun. Bizi aldatdılar, heç olmasa siz aldanmayın”.

Məsələ ilə bağlı otelin mövqeyini öyrənmək istəsək də, bu barədə məlumat verəcəklərini bildiriblər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2019    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ