Hall Hazırda oxuduqunuz xəbər
baslik

Mariya Stadnik yarımfinalda

Tarix: 27-06-2019 / 17:22 | Baxılıb: 345
yazıyı büyüt yazıyı küçült
Mariya Stadnik yarımfinaldaBelarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Vetenperver.info-nun məlumatına görə, Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik (50 kq) mübarizəyə birbaşa 1/4 final mərhələsindən başlayıb. Güləşçimiz bu mərhələdə polşalı Anna Lukasiak üzərində təmiz qələbə qazanaraq (10:0) yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi türkiyəli Evin Demirhan olacaq.

Digər üç güləşçimiz də 1/8 final mərhələsində ilk görüşlərində qələbə qazanıb. Alyona Kolesnik (57 kq) Macarıstan təmsilçisi Ramona Qalambosu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin güləşçimiz 1/4 finalda bolqarıstanlı Mimi Hristovaya uduzub – 0:6.

Elmira Qəmbərova da (62 kq) 1/8 finalda almaniyalı Lutsi Manskeyə (4:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimizin rəqibi polşalı Katarina Madrovska olacaq.

1/8 finalda yunanıstanlı Aykaterini-Eyrini Pitsiavaya 9:0 hesabı ilə qalib gələn Səbirə Əliyeva (76 kq) 1/4 finalda Böyük Britaniya təmsilçisi Ceorcina Nelthopr ilə qarşılaşacaq.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyun 2021    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
282930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ