Hall Hazırda oxuduqunuz xəbər
baslik

Osman Gündüz Ramin Quluzadədən nə istəyir?

Tarix: 19-06-2019 / 23:13 | Baxılıb: 177
yazıyı büyüt yazıyı küçült
Osman Gündüz Ramin Quluzadədən nə istəyir? Təkcə iyun ayının 19 günü ərzində Osman Gündüz öz şəxsi Facebook səhifəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və nazirliyin tabeli qrumları haqqında 10 tənqidi post yazıb. Hər statusunda "hörmətli" dil peşəkarı Osman müəllimin bu qurumdan nəsə umduğu, ala bilmədiyi, elə buna görə də nazirliyi və onun rəhbərliyini məqsədli şəkildə tənqid və təhdid etdiyi aydın görünür. Yəni gülüzlü kəloğlan innovatıv nağıllarının qəhrəmanı olmağı özünə peşə seçib.
Bəs Osman Gündüz Ramin Quluzadədən nə istəyir?

19.06.2019 - cu il tarixli "Kimlər Milli Telekommunikasiya Şurasının yaranmasına mane olur"? başlıqlı statusuna baxsaq, görərik ki, Osman Gündüz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilməsini böyük səbrsizliklə gözləyir və bu röyasının tezləşdirilməsi üçün əlindən gələni edəcəyini sanki statusları ilə vəd edir.

Nazirliyin ləğvi ilə bağlı müzakirələr təşkil edilmədiyinə görə Prezident Administrasiyası başda olmaqla bütün qurumları şantaj edir. Nədir bu "kişi"nin məqsədi? Nəyə görə daim vətəndaşların mövqeyini müdafiə etdiyini aləmə car çəkən, özünü ölkədə informasiya cəmiyyətinin az qala "Papa"sı elan edən bu şəxs bu qədərmi bekardı ki, iki gündən bir eyni dövlət qurumu haqqında təxəyyülünün məhsullarını sosial şəbəkədə post edir və sonra o sayt bu sayt redaktorunun qapısını döyür ki, məni manşet edin. Reket qardaşları da Osmana sevgilərini status-xəbər janrı uydurmaqla saytlarında xəbər kimi tirajlayırlar.

Səbəb onu tanıyanlara gün kimi aydındır. Nazirlikdən vəzifə uman Osman Gündüz bu niyyətini reallaşdıra bilmədi. Sonra mahiyyətsiz, bir-birini təkrarlayan boş-boş tədbirlərinin maliyyələşməsi də dayandırıldı. Maddi imkanları zəiflədiyi üçün şantaj yoluna əl atdı.

Osman Gündüz Ramin Quluzadədən nə istəyir? Diqqət yetirsək görərik ki, bir müddət nazirliyə yönələn tənqid atəşi dayandırıldı. Bu o müddət idi ki, nazir Ramin Quluzadə Osman Gündüzü qəbul edib, onunla görüşdü. Təkliflərini dinləməyə hazır olduğunu bildirdi. Sevindiyindən nazirə maliyyə ayrılması üçün onlarla mənasız layihə təqdim edən Osman Gündüz gözləmə mövqeyi tutdu. Bu layihələr Azərbaycanda İnnovasiya ekosisteminin inkişafı, startapçılara dəstək adı ilə təqdim olunsa da, araşdırmalar zamanı məlum oldu ki, bu layihələr yalnız Osman Gündüzün maddi vəziyyətinin yaxşılaşdırılmasına, oğlunun xaricdə təhsil haqqının ödənilməsinə hesablanıb. Şəxsi görüşlərdə Osman Gündüz bunu etiraf edib, hətta rəsmiləşdirmə məsələlərində problem olarsa, əlbəəl pul almağa da hazır olduğunu bildirdi.
Bax, budur Osman Gündüzün əsl sifəti və ya sifətsizliyi. Qopardığı hay küy isə onun mahiyyətini bir daha ifşa edir.

Vaxtıilə bizdə Osman və osmankimilərin dediklərinə inanır, arxasında heç bir qaranlıq məqam axtarmırdıq. Ancaq ölkədə innovasiya sahəsində beynəlxalq tədbirlərdə adamın şər attığı bu qurumun əməkdaşlarına davranışlarından heyrətlənib,bir araşdırma apardıq. Və Osman abidən fərqli olaraq olanı yazmağa qərar verdik.Nə deyək, rəngarəng statuslarıyla içi üzünü daha çoxlarına ifşa etməsini arzulayırıq və daha qaranlıq "Gündüz"lərdə bol status diləyirik.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2019    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ