Hall Hazırda oxuduqunuz xəbər
baslik

2-ci Avropa Oyunlarına 15 cüdoçu ilə

Tarix: 18-06-2019 / 14:34 | Baxılıb: 172
yazıyı büyüt yazıyı küçült
2-ci Avropa Oyunlarına 15 cüdoçu ilə Belarusun paytaxtı Minskdə keçiriləcək 2-ci Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək.

Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, həm kişilər, həm də qadınlardan ibarət cüdo millimizin üzvləri 4 gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. Avropa Oyunlarında cüdo yarışlarına iyunun 22-də start veriləcək. 3 gün baş tutacaq fərdi mübarizələrdən sonra iyunun 25-də qarışıq komanda yarışı keçiriləcək.

Ölkəmiz 2-ci Avropa Oyunlarında 9 kişi və 6 qadın cüdoçu - Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva, Aleksandra - Larisa Florian (hər ikisi 52 kq), Munxtsedev İçinxorloo (57 kq), Nuriyə Axundova (63 kq), Irina Kindzerska (+78 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) ilə təmsil olunacaq.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Avqust 2019    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ