Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Qəhrəman Vüqar Hüseynovun 50 yaşı tamam olur

Tarix: 11-06-2019 / 16:27 | Baxılıb: 133
yazıyı büyüt yazıyı küçült
Milli Qəhrəman Vüqar Hüseynovun 50 yaşı tamam olurBu gün Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun 50 yaşı tamam olur. Bu münasibətlə Cəbrayıl rayon Vüqar Hüseynov adına Daşkəsən kənd orta məktəbində anım tədbiri keçirilib. Mərasimdə Cəbrayıl rayon icra başcısının 1 ci müavini Arif Fərzəliyev, Təhsil Şöbəsinin müdiri, Hərbi Komisarın müavini, Şəhid Ailələri Birliyinin sədri, Vüqar Hüseynov adına Daşkəsən kənd orta məktəbin kollektivi və Milli Qəhrəmanın ailə üzvləri iştirak edib. Çıxış edənlər qəhrəman vətən oğlunun qısa lakin şərəfli həyat yoluna nəzər salıblar. Bildirilib ki, Vüqar Hüseynov xalqın ən ağır günlərində ön cəbhəyə yollanaraq vətənin keşiyində dayanıb. canını vətən yolunda qurban verib.

Qeyd edək ki, Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

O əvvəlcə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Doğulduğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir. Oxuduğu orta məktəb onun adını daşıyır.

Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    İyun 2019    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ