Hall Hazırda oxuduqunuz xəbər
baslik

Gömrükçülər külli miqdarda brilyant qaş saxladılar

Tarix: 06-11-2018 / 11:52 | Baxılıb: 136
yazıyı büyüt yazıyı küçült
Gömrükçülər külli miqdarda brilyant qaş saxladılarHava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşları külli miqdarda brilyant qaşların gömrük nəzarətindən gizli şəkildə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı İsmayılov Aqil Əsfəndiyar oğluna məxsus əl yükü Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalının gəliş zalındakı rentgen cihazından keçirilən zaman, monitorda şübhəli əşyaların təsvirlərinin əks olunması gömrükçülərin diqqətindən yayınmayıb. Buna görə də sərnişin saxlanılaraq onun əl yükündə təkrar yoxlama aparılıb. Yoxlama zamanı əl çantasının alt hissəsinin plastik örtüyü sökülüb və oradakı boşluqda yapışqan lentlə üzlənmiş 3 ədəd şəffaf polietilen bükümlərin yerləşdirildiyi müəyyən edilib. Həmin bükümlərdəki 12 ədəd polietilen paketlərdən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, ümumi çəkisi 105,0 qram təşkil edən brilyant qaşlar aşkar olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ