Hall Hazırda oxuduqunuz xəbər
baslik

5 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, bir hakim cəzalandırılıb

Tarix: 09-10-2018 / 15:47 | Baxılıb: 82
yazıyı büyüt yazıyı küçült
5 məhkəmə hakiminin səlahiyyətlərinə xitam verilib, bir hakim cəzalandırılıbMəhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Şuradan “Report”a daxil olan məlumata görə, iclasda şuranın sədri Fikrət Məmmədov çıxış edib.

İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ