Hall Hazırda oxuduqunuz xəbər
baslik

Teleqüllə ətrafından 80 ailə təxliyyə olunub

Tarix: 25-01-2018 / 12:59 | Baxılıb: 192
yazıyı büyüt yazıyı küçült
Teleqüllə ətrafından 80 ailə təxliyyə olunubÖtən gün Bayıl yaşayış massivindəki mövcud sürüşmə zonasında yaranmış təhlükə ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargah tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Bu barədə Oxu.Az-a Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Səbail RİH tərəfindən əlavə təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, 80 evdən (ailə) 390 nəfər ailə üzvü köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.

Köçürülən vətəndaşların əksəriyyəti qohum, tanış evinə gedib, RİH tərəfindən yaradılmış müvəqqəti sığınacaqda hazırda 42 nəfər var. Onların məişət və qidalanma məsələləri həll olunub, sığınacaqda həkim postu yaradılıb.

Qərargahdan verilən məlumata görə, Bakı şəhərində aktiv sürüşmə zonalarında bu hallar mütəmadi olaraq baş verir. Sürüşmə hadisəsi müəyyən dövrdən bir aktivləşır. Buna relyef dəyişmələri, torpağın dərinliklərindəki proseslər, xüsusilə də yağıntıların artması və digər amillər təsirini göstərir. Sürüşməyə meyilli ərazidə hər hansı böyük tikinti işləri aparılmır və bura ən yaxın tikinti 5-6 km uzaqlıqdadır ki, onların inşasına icazə FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən xüsusi araşdırmalardan sonra verilib. Ona görə də sürüşmə hadisəsini sırf tikinti ilə əlaqələndirmək düzgün deyil. Hazırda ciddi narahatlığa əsas yoxdur və ərazi aidiyyəti qurumlar tərəfindən nəzarətdədir.

Ərazidə FHN, Ekologiya və Təbii Sərvərlər Nazirliyi və digər aidiyyəti qurumların mütəxəssisləri araşdırmalar aparır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ