Hall Hazırda oxuduqunuz xəbər
baslik

Fəxriyyə Xələfovanın növbəti uğuru

Tarix: 09-12-2017 / 09:53 | Baxılıb: 291
yazıyı büyüt yazıyı küçült
Fəxriyyə Xələfovanın növbəti uğuruRusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj” muzeyində tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın kolleksiyasından üç paltar dəsti “Kostyum qalereyası” ekspozisiyasında nümayiş etdirilir.

AZƏRTAC xəbər verir ki, “Ermitaj” muzeyinin yaradılması günü münasibətilə keçirilən “Ermitaj günləri” çərçivəsində dekabrın 8-də açılmış “Kostyum qalereyası” sərgisində 130-dan çox qədim və müasir geyim nümunələri təqdim olunur. Rəssam-modelyer Fəxriyyə Xələfova ilə “Ermitaj” muzeyinin direktoru, akademik Mixail Piotrovski arasında dekabrın 5-də imzalanmış razılaşma əsasında tanınmış dizaynerin “Şərq maqnetizmi” kolleksiyasından nadir Azərbaycan ornamentləri ilə bəzədilmiş iki milli geyim nümunəsi, eləcə də XIX əsr üslubunda hazırlanmış gəlinlik paltarı sərgidə nümayiş olunur və daha sonra muzeyin fondunda saxlanacaq.

Eyni zamanda, Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj günləri” çərçivəsində Sankt-Peterburqun “Ermitaj” otelində də nümayiş etdirilir.

“Kostyum qalereyası” sərgisi “Ermitaj”ın “Staraya derevnya” bərpa-saxlanma mərkəzində açılıb. Burada geyim nümunələrinin yaxşı vəziyyətdə qorunub saxlanılması üçün müasir texnologiyalardan istifadə olunur. Geyim nümunələrinin keyfiyyətini qorumaq üçün kolleksiya ildə bir dəfə dəyişdiriləcək. Ekspozisiyaya I Pyotrun qarderobu, rus imperator sarayı əyanlarının geyimləri, hərbi formalar, maskarad kostyumları, eləcə də müasir dizaynerlərin əl işləri və s. daxildir.


Fəxriyyə Xələfovanın növbəti uğuru
Fəxriyyə Xələfovanın növbəti uğuru
Fəxriyyə Xələfovanın növbəti uğuru






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ