Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda qeyri-adi əməliyyat

Tarix: 21-11-2017 / 11:51 | Baxılıb: 669
yazıyı büyüt yazıyı küçült
Bakıda qeyri-adi əməliyyatQanamış “mixopapillar ependimoma”–bu törəmələr onurğa beyninin aşağı hissələrində inkişaf edir. Yavaş böyüyüb, bəzən çox böyük ola bilirlər.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) AZƏRTAC-a bildiriblər ki, bu tibb müəssisəsinə müraciət edən, bel və hər iki aşağı ətrafında şiddətli ağrıdan şikayəti olan 55 yaşlı pasiyentə bel-omba MRT-si olunub. Müayinə nəticəsində onurğa beynində törəmə aşkarlanıb.

RMDM-in həkim-neyrocərrahı Azər Əkbərovun məlumatına görə, əməliyyat ilə törəmə tam xaric edilib: “Xəstəmizdə törəmə qanadığı üçün kəskin simptomlara səbəb olmuşdu və vaxtında aşkar edilərək tam xaric edilib. Xəstədə heç bir ağırlaşma baş verməyib və o əməliyatın 3-cü günündə yeriyərək klinikamızı tərk edib. Əməliyyatdan sonra pasiyentin heç bir şikayəti və xəstəliyin təkrarlanmasının radiolojik əlaməti yoxdur. Xəstəlikdən tam azad edilən pasiyentləri görmək həkim üçün ən böyük mükafatdır”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ