Hall Hazırda oxuduqunuz xəbər
baslik

Səttar Möhbalıyev komissiya sədri seçildi

Tarix: 21-11-2017 / 11:46 | Baxılıb: 415
yazıyı büyüt yazıyı küçült
Səttar Möhbalıyev komissiya sədri seçildiAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrindən ibarət Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

"Vətənpərvər.info" Report-a istinadən xəbər verir ki, iclasda Komissiyaya yeni sədr seçilib.

Bildirilib ki, Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın əsasnaməsinə görə, komissiyada təmsil olunan tərəflərin rəhbərləri növbə ilə və ardıcıllıqla bir il müddətinə komissiyanın sədri seçilir. Ardıcıllığa uyğun olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev növbəti bir il üçün Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfət Məhərrəmov isə komissiyada nazirliyin nümayəndəsi və əlaqələndirici şəxsi seçilib.

Qeyd edək ki, indiyədək komissiyanın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov idi.


Səttar Möhbalıyev komissiya sədri seçildi
Səttar Möhbalıyev komissiya sədri seçildi
Səttar Möhbalıyev komissiya sədri seçildi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ