Hall Hazırda oxuduqunuz xəbər
baslik

Güləşçilərimizdən daha bir uğur

Tarix: 06-09-2017 / 23:15 | Baxılıb: 321
yazıyı büyüt yazıyı küçült
Güləşçilərimizdən daha bir uğurYunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Vetenperver.info xəbər verir ki, mundialda 42 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olub. Sentyabrın 6-da keçirilən final görüşündə rəqibini məğlub edən Qurban Qurbanov dünya çempionatının qızıl medalına sahib olub.

Digər yunan-Roma güləşçimiz Nihad Məmmədli (46 kq) də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Final görüşündə Ukrayna təmsilçisinə məğlub olan güləşçimiz mundialın gümüş medalı kifayətlənib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 qızıl və 2 gümüş medalla başa vurublar.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ