Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ramil Usubovdan qadın polislərə hədiyyə

Tarix: 07-03-2017 / 17:00 | Baxılıb: 629
yazıyı büyüt yazıyı küçült
Ramil Usubovdan qadın polislərə hədiyyəMartın 7-də Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov “Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.

R.Usubov deyib ki, dahi Nizami öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar, əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb, memar Əcəmi Naxçıvani tərəfindən ucaldılmış Möminə xatun türbəsi xalqımızın qadına ehtiramının parlaq simvoluna çevrilib.
Daxili işlər naziri R.Usubov ölkə prezidenti tərəfindən həyata keçirilən quruculuq işlərində, hüquqi və demokratik inkişaf proseslərində, bütövlükdə xalqın rifahına yönəlmiş səylərdə Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərinin danılmaz və əvəzsiz olduğunu xüsusi vurğulayıb.

Tədbirdə polis polkovnik-leytenantı Nərgiz Məhərrəmova, leytenant Nigar Ağayeva və polis kiçik serjantı Nərminə Əliyeva çıxış edərək qadın əməkdaşlara göstərilən böyük diqqət və qayğıya, o cümlədən xidməti şəraitin yaxşılaşdırılması ilə bağlı görülmüş əhəmiyyətli işlərə, sosial və digər problemlərin həllində əvəzsiz köməyə görə ölkə Prezidentinə və nazirliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə daxili işlər orqanlarının bir qrup qadın əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan olunub. Xidmətdə fərqlənənlərə mükafatlar və yeni rütbələrin paqonları təqdim edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ