Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paracüdo üzrə respublika çempionatı başa çatdı

Tarix: 04-03-2017 / 22:17 | Baxılıb: 1 466
yazıyı büyüt yazıyı küçült
Paracüdo üzrə respublika çempionatı başa çatdıMartın 4-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən paracüdo üzrə respublika çempionatının qalibləri məlum olub.

"Vətənpərvər.info" xəbər verir ki, qadınlar arasında 57 kq çəki dərəcəsində 4, 70 kq çəki dərəcəsinə qədər 5, kişilər arasında 66 kq çəki dərəcəsində 12, 73 kq çəki dərəcəsində 5, 90 kq çəki dərəcəsində 5 və +100 kq çəki dərəcəsində isə 2 nəfər olmaqla, ümumilikdə, 33 idmançı mübarizəyə qatılıb.

Yarışın açılış mərasimində Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ölkəmizdə paralimpiya hərəkatının yaranmasından və inkişafından, əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, Azərbaycanda 7 paralimpiya çempionu var. Onlardan ikisi - İlham Zəkiyev (cüdo) və Oleq Panyutin (yüngül atletika) iki dəfə Paralimpiya Oyunlarının çempionu adını qazanıblar.

İ.Rəhimov yarışın əhəmiyyətindən danışaraq qeyd edib ki, çempionatın nəticələrinə görə “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarında ölkəmizi təmsil edəcək paracüdoçular müəyyənləşəcək.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadınlar arasında 57 kq çəki dərəcəsində Şəhanə Alməmmədova (SMQ klubu), 70 kq çəki dərəcəsinə qədər kateqoriyada isə Ramilə Kasdayeva (BKU klubu) 1-ci yeri tutublar.

Kişilər arasında 66 kq çəki dərəcəsində Bayram Mustafayev (MPK), 73 kq çəki dərəcəsində Hüseyn Rəhimli (MPK), 90 kq çəki dərəcəsində Rövşən Səfərov (SMQ klubu) və +100 kq çəki dərəcəsində Kənan Abdulxanlı (MPK) 1-ci pillədə qərarlaşıblar.

Yarışı Olimpiya (A) kateqoriyalı beynəlxalq hakim Fariz Hüseynovun başçılığı ilə hakimlər briqadası idarə edib.

Qaliblər kubok, medal və diplomla mükafatlandırılıblar.

Paracüdo üzrə respublika çempionatı başa çatdı
Paracüdo üzrə respublika çempionatı başa çatdı
Paracüdo üzrə respublika çempionatı başa çatdı






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ