Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Qəhrəmanı Elman Hüseynov yad edildi

Tarix: 04-03-2017 / 12:06 | Baxılıb: 1 274
yazıyı büyüt yazıyı küçült
Milli Qəhrəmanı Elman Hüseynov yad edildiTərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynovun anadan olmasının 65 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirildi

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Elman Süleyman oğlu Hüseynovun anadan olmasının 65 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir Elman Hüseynovun adını daşıyan küçədə qəhrəmanın adına ucaldılmış büstün önünə tər çiçəklər qoyulması ilə başlandı. Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, digər müəssisə və təşkilatların rəhbərləri, həmçinin, qəhrəmanın ailə üzvləri iştirak edirdi.

Qəhrəmanın adına ucaldılmış büstün önünə gülqoyma mərasimindən sonra rayon gənclər mərkəzində davam etdirilən anım tədbirində Qəhrəmanın ruhu 1 dəqiqəlik sukutla yad edildi. Elman Hüseynova həsr olunmuş video çarxa baxış keçiriləndən sonra Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Milli Qəhrəmanın rəhbərlik etdiyi Tərtər batalyonunun döyüşlərdə göstərdiyi fəaliyyətdən danışdı. Elman Hüseynovun qəhrəmanlığının dövlət tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. O həmçinin çıxışında qəhrəmanın yubileyinin rayonun təhsil və mədəniyyət sahəsində, bundan başqa digər idarə və müəssisələrdə də keçirilməsini tövsiyyə etdi.

Tərtər rayon Qarabağ müharibəsi veteranları şurasının sədri N.Heydərov çıxış edərək milli qəhrəmanın döyüş yolundan, tabeliyində olan əsgər və zabitlərə qayğısından, erməni işğalçılarına qarşı döyüşlərdə şəxsi igidliklərindən bəhs edərək onun həyat yolunun gələcək nəsillərə bir nümunə olduğundan bəhs etdi.

Döyüş yoldaşı Suliddin Yusibov çıxış edərək Elman Hüseynovun erməni işğalçılarına qarşı döyüşlərdə keçirilən əməliyyatlarda onun bir komandir kimi qabiliyyətindən, keçirilən əməliyyatların itkisiz və uğurla başa çatdırılmasından danışdı.

Tədbirdə Elman Hüseynovun iş və tələbə yoldaşı Ə.Əliyev çıxış edərək qəhrəmanın vətənpərvər və alicənab bir insan olduğunu vurğulayaraq onun işgüzar və bacarıqlı bir iş yoldaşı olmasından, Qarabağ müharibəsi başlayan dövrdə könüllü olaraq döyüşlərə qoşulmasından, daha sonra isə Tərtərlilərdən ibarət batalyon yaradaraq erməni işğalçılarına qarşı döyüşlərdə fəal iştirak edərək erməni faşistlərinin vətən torpaqlarından qovulmasında xüsusi qəhrəmanlıqlar göstərməyindən danışdı.

Tərtər rayon Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri Z.Kazımova, L.Bayramlı və Əli Bayramzadə qəhrəmana həsr olunmuş vətənpərvər ruhda şeirlər səsləndirərək tədbir iştirakçılarına duyğulu anlar yaşatdılar. Milli Qəhrəmanın ailəsi adından oğlu Emin Hüseynov çıxış edərək atasının yubileyinin təşkilinə görə Tərtər rayon İcra Hakimiyyətinə, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon nümayəndəliyinə və tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

Milli Qəhrəmanı Elman Hüseynov yad edildi
Milli Qəhrəmanı Elman Hüseynov yad edildi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ