Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Zəkiyevə vəzifə verildi

Tarix: 03-03-2017 / 14:15 | Baxılıb: 1 024
yazıyı büyüt yazıyı küçült
İlham Zəkiyevə vəzifə verildi Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

"Vətənpərvər.info" xəbər verir ki, V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.

Tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib. Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.

Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Qeyd edək ki, bu gün İlham Zəkiyevin doğum günüdür. "Vətənpərvər.info" kollektivi olaraq idmançımızı təbrik edirik.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ