Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Paralimpiya Komitəsinin yaranmasından 21 il ötür

Tarix: 09-02-2017 / 12:09 | Baxılıb: 1 206
yazıyı büyüt yazıyı küçült
Milli Paralimpiya Komitəsinin yaranmasından 21 il ötürAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasından 21 il ötür. 1996-cı il fevralın 9-da Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilib və İlqar Rəhimov qurumun prezidenti seçilib.

"Vetenperver.info" xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin komandası ilk dəfə 1996-cı ildə Atlantada keçirilən X Yay Paralimpiya Oyunlarında iki idmançı ilə təmsil olunub. 2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın Olimpiadaya yola salınması mərasimində iştirakı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında Sərəncam imzalanması ölkəmizin idman həyatında mühüm uğurların qazanılmasına təkan verdi. Həmin dövrdən ölkədə paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu.

2008-ci il avqustun 28-də Sumqayıtda Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirilib. MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün beynəlxalq standartlara uyğun tikilən kompleks bu sahəyə göstərilən diqqətin daha bir nümunəsi oldu. Təsadüfi deyil ki, açılış mərasimində dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdilər.

Paralimpiyaçılarımız Azərbaycan Prezidentinin onlara göstərdiyi diqqət və qayğını daim öz üzərində hiss ediblər. Beynəlxalq yarışlarda qələbə qazanmış idmançılar, məşqçilər Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçıların sosial durumu yaxşılaşdırılır, onlar mənzillər, minik avtomobilləri ilə təmin edilirlər.

Paralimpiyaçilar daha bir uğuru ilk Avropa oyunlarinda əldə etdilər. Bu yarişda ilham zəkiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdi. Rio-2016 yay paralimpiya oyunlarinda isə Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançi və 2 liderlə təmsil olundu. milli komandamiz uğurlu nəticə göstərərək 1 qizil, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazandi. sevindirici haldir ki, 8 mükafatçidan 7-i paralimpiya oyunlarinda ilk dəfə medal qazandi. rio-da ramil qasimovun qizil medal əldə etməsi ilə azərbaycanin paralimpiya tarixində yeni bir səhifə açildi. belə ki, paralimpiya çempionlarimizin sayi 7-ə yüksəldi.

Hazırda Paralimpiya Komitəsi yüzlərlə idmançını sıralarında birləşdirir. Görülmüş məqsədyönlü işlərin nəticəsi olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları 1996-cı ildən başlayaraq mühüm qələbələr qazanmaqda davam edirlər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ