Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bu gün İlqar Rəhimovun doğum günüdür

Tarix: 07-02-2017 / 22:33 | Baxılıb: 2 523
yazıyı büyüt yazıyı küçült
Bu gün İlqar Rəhimovun doğum günüdürBu gün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun doğum günüdür.

İlqar Elxan oğlu Rəhimov 7 fevral 1964-cü ildə anadan olub. 1985 – 1991-ci illərdə Maliyyə Nazirliyində, 1991 – 1993-cü illərdə Azərbaycan Prezidentinin İcra Aparatında müxtəlif vəzifələrdə işləyib. 1993-cü ildən indiyə qədər Əmək və Əhalinin Sosial Müdafiyəsi nazirinin müavini vəzifəsində işləyir. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 1996-cı il təsis konqresində qurumun prezidenti seçilib. 1996-cı il Atalanta, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-də Pekin, 2012-ci ildə London, 2016-cı ildə Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

İlqar Rəhimov Azərbaycan Respubilkasının Prezidentinin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasıın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibəti ilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Vətənpərvər.info" saytının kollektivi İlqar Rəhimovu doğum günü münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ