Hall Hazırda oxuduqunuz xəbər
baslik

Şəhid Çingiz Qurbanov dəfn olunub

Tarix: 06-02-2017 / 20:29 | Baxılıb: 870
yazıyı büyüt yazıyı küçült
Şəhid Çingiz Qurbanov dəfn olunubErmənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn mərasimində izdiham yaşanıb. Çıxışlarda qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqları bildirilib. Şəhidin atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib. Yaylım atəşindən sonra şəhid Ç.Qurbanov torpağa tapşırılıb, məzarı üzərinə əklil və tər qərənfillər qoyulub.


Şəhid Çingiz Qurbanov dəfn olunub
Şəhid Çingiz Qurbanov dəfn olunub
Şəhid Çingiz Qurbanov dəfn olunub






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ