Hall Hazırda oxuduqunuz xəbər
baslik

İran ABŞ Prezidentinin qərarına cavab verdi

Tarix: 29-01-2017 / 22:26 | Baxılıb: 704
yazıyı büyüt yazıyı küçült
İran ABŞ Prezidentinin qərarına cavab verdiRəsmi Tehran ABŞ prezidenti Donald Trampın İran və digər müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni tədbirlərlə cavab verəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, hökumət böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə təhlil etdikdən sonra konsulluq, hüquqi və siyasi səviyyələrdə müvafiq addımlar atacaq. Bu məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün tədbirlər görəcək.

Qeyd olunub ki, İran hökuməti Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün İslam dünyası üçün açıq təhqirdir.

Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ