Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paralimpiya komandasında yeni təyinatlar

Tarix: 28-11-2016 / 21:09 | Baxılıb: 1 957
yazıyı büyüt yazıyı küçült
Paralimpiya komandasında yeni təyinatlarMilli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə, Komitənin iclası keçirilmişdir. "XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının yekunları və XVI Tokio Yay Paralimpiya Oyunlarına hazırlıq haqqında" məsələ müzakirə edilmişdir. İclasda XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunmuşdur. Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məçqçlər vəzifələrindən kənarlaşdırılmişlar. Nəticə olaraq, Güllə atıcılığı, Atletika, Kamandan oxatma, Boccia və Stolüstü tennis idman növləri üzrə yeni baş məşqçlər təyin olunmuşlar. Beləliklə, ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov Güllə atıcılıgı , İlham Məhərrəmov Boccia idmanı , bununla yanaşı Alaverdi Culfayev üzgüçülük , Qubuşova Ruqiyyə stolüstü tennis, Hacızadə Tərlan Oturaq valeybol, Asəf Məlikov Qılıncoynatma, İlqar İbişov Pauerliftinq , Zahir Abdullayev Qolbol, Aleksandr Barabanov Avarçəkmə və Natiq Abbasov Kanandan oxatma idman növü üzrə milli komandalarin baş məşqçləri təyin edilmişlər.
İclasda Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə, növbəti 4 il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda paralimpiya hərəkatının sürətli inkişafını təmin etmək, seleksiya işlərinin aparılması və paralimpiya dəyərlərinin cəmiyyət arasında təbligini gücləndirmək məqsədi ilə respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçırılməsi barədə müvafiq qərarlar qəbul edilmişdir.

Paralimpiya komandasında yeni təyinatlar
Paralimpiya komandasında yeni təyinatlar
Paralimpiya komandasında yeni təyinatlar
Paralimpiya komandasında yeni təyinatlar
Paralimpiya komandasında yeni təyinatlar






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ