Hall Hazırda oxuduqunuz xəbər
baslik

“IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilib

Tarix: 11-11-2016 / 23:29 | Baxılıb: 495
yazıyı büyüt yazıyı küçült
“IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilibNoyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV İslam Həmrəylik Oyunlarının təbliğat, təşviqat kampaniyası çərçivəsində “IV İslam Həmrəylik Oyunlarına qoşulaq” adlı tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, İslam Həmrəylik Oyunlarının təşviqat kampaniyası nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ata Babayev Bakıda keçiriləcək növbəti idman yarışmasının əhəmiyyətindən danışıb.

İslam Həmrəylik Oyunlarının nümayəndəsi Azər Əsədov oyunlar və könüllülər haqqında tələbələrə məlumat verib. Oyunların tarixi və növləri barədə təqdimat nümayiş etdirilib. Yarışlarda könüllü kimi iştirak etmək istəyənlərə qeydiyyat qaydaları barədə məlumat verilib, könüllü olmağın gənclərə faydasından danışılıb.

ADNSU-nun fəal könüllüsü İlkin Dadaşov təcrübəsini bölüşüb.

Sonra tələbələrin sualları cavablandırılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ