Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Əliyevlə Davudoğlunun Davos görüşü

Tarix: 20-01-2016 / 23:08 | Baxılıb: 737
yazıyı büyüt yazıyı küçült
İlham Əliyevlə Davudoğlunun Davos görüşüGörüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı.

Baş nazir Əhməd Davudoğlu dövlətimizin başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamının Prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş etdi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ