Hall Hazırda oxuduqunuz xəbər
baslik

II Uşaq Paralimpiya İdman Oyunları

Tarix: 16-10-2016 / 09:38 | Baxılıb: 1 262
yazıyı büyüt yazıyı küçült
II Uşaq Paralimpiya İdman Oyunları11 noyabr 2016-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi, “Azercell Telekom” MMC və “UNİCEF” in Azərbaycan nümayyəndəliyinin birgə təşkilatçılığı ilə respublikada II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI keçiriləcəkdir.

Oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 60 dan cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaqdır.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

II UŞAQ PARALİMPİYA İDMAN OYUNLARI Sumqayıt Paralimpiya İdman Kompleksində səhər saat 11.00 da keçiriləcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ