Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ehtiyatda olan polkovnik: Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir

Tarix: 18-09-2016 / 22:35 | Baxılıb: 791
yazıyı büyüt yazıyı küçült
Ehtiyatda olan polkovnik: Regiondakı hərbi qüvvələr balansı Azərbaycanın xeyrinədir“İsgəndər” operativ-taktiki raket komplekslərinin (OTRK) hətta Ermənistana məxsus olmasını fərz etsək belə, bu, regiondakı hərbi qüvvələr balansının Azərbaycanın xeyrinə olmasına maneə yarada bilməz.

Bu fikri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistanın müstəqilliyinə həsr olunmuş hərbi parada hazırlıq məqsədilə keçirilən məşqlərdə “İsgəndər” komplekslərinin nümayiş olunması ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş texnikası, silahların keyfiyyəti və kəmiyyəti baxımından Ermənistan tərəfini xeyli üstələyir. Ordumuzun silahlanmasındakı minlərlə müxtəlif hücum və müdafiə sistemi dağıdıcı xarakterinə və məhvetmə xüsusiyyətinə görə ölkəmizə təhlükə mənbəyi ola biləcək istənilən hərbi obyekti darmadağın etmək qabiliyyətindədir.

“Ölkəmizə qarşı yönələn istənilən təhdidə daha sərt və qəti cavab vermək imkanına malik Azərbaycan Ordusunun görəcəyi adekvat tədbirlər, daxili siyasi ziddiyyətlər və iqtisadi böhran içərisində olan Ermənistanın tam iflasına gətirib çıxara bilər”, - deyə ehtiyatda olan polkovnik bildirib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ