Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paralimpiya komandamız 9-cu medalı qazandı

Tarix: 15-09-2016 / 10:57 | Baxılıb: 853
yazıyı büyüt yazıyı küçült
Paralimpiya komandamız 9-cu medalı qazandıAzərbaycan üzgüçüsü Roman Saley Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında ikinci medalını qazanıb.

"Vətənpərvər.info" xəbər verir ki, 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarının final mərhələsində atletimiz məsafəni 1:00,91 dəqiqəyə qət edərək Rio Paralimpiadasının gümüş medalına sahib olub.

Digər üzgüçümüz Dmitri Saley isə yarışı 6-cı pillədə başa vurub.

Yarışın qalibi ukraynalı Sergey Klippert, bürünc medalçısı isə ABŞ təmsilçisi Tuker Dupri olub. Roman Saley 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında da gümüş medala sahib olub.

Xatırladaq ki, paralimpiyaçılarından Ramil Qasımov (cüdo, 73 kq) çempion adını qazanıb. Yelena Çebanu (atletika, 100 m, uzunluğa tullanma), Bayram Mustafayev (cüdo, 66 kq) və Kamil Əliyev (uzunluğa tullanma), Raman Saleh (üzgüçülük, arxasıüstə 100m), Dmitri Saleh (uzgüçülük,100 metr-brass) ikinci, Yelena Çebanu (atletika, 200m) Rövşən Səfərov (cüdo, 81 kq) isə üçüncü yeri tutub. Bununla da Azərbaycan idmançılarının ölkəmizə qazandırdıqları medalların sayı 9-a (1 qızıl, 6 gümüş və 2 bürünc) çatıb və yığmamız komanda hesabında 38-ci yerdə qərarlaşıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ