Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində

Tarix: 14-09-2016 / 23:01 | Baxılıb: 1 409
yazıyı büyüt yazıyı küçült
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində"Vətənpərvər.info" AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 12-də Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Paralimpiya cüdo komandasının məşqçisi İbrahim İbrahimov, ikiqat paralimpiya çempionu, komandamızın kapitanı İlham Zəkiyev, “Rio-2016” Paralimpiya Oyunlarının qalibi Ramil Qasımov və gümüş mükafatçısı Bayram Mustafayev Rio-de-Janeyro şəhərində yerləşən Azərbaycanın adını daşıyan bələdiyyə məktəbini ziyarət edib, məktəbin müəllim və şagirdləri ilə görüşüblər.

Səfir E.Sultanov bu görüşün məktəblilər üçün Azərbaycanın tanınmış paralimpiya idmançıları ilə yaxından tanış olmağa imkan yaratdığını vurğulayıb və paralimpiya komandamızın uğurlarından bəhs edib.

Sonra Azərbaycan paralimpiyaçıları idmanla məşğul olmağın əhəmiyyətindən, qazandıqları nailiyyətlərdən ətraflı danışıb və şagirdlərin çoxsaylı suallarını cavablandırıblar.

Bələdiyyə məktəbinin direktoru Fabio Millioni Azərbaycan nümayəndə heyətinə məktəbi ziyarət etdiklərinə görə dərin təşəkkürünü bildirib.

Sonda Azərbaycan nümayəndə heyəti məktəblə tanış olub, məktəbin müəllim və şagirdləri ilə xatirə şəkilləri çəkdirib.


Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində
Paralimpiyaçılar Rio-da bələdiyyə məktəbində






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ