Hall Hazırda oxuduqunuz xəbər
baslik

İlham Zəkiyev RİO-dan danışdı

Tarix: 11-09-2016 / 20:42 | Baxılıb: 717
yazıyı büyüt yazıyı küçült
İlham Zəkiyev RİO-dan danışdıIlham Zəkiyev çıxışı barədə bunları qeyd edib: “Yarış öncəsi təzyiqim çox aşağı düşmüşdü - 80-50. Üstəlik, qızdırmam vardı. Əlim və dizim də zədələnmişdi. Yarış ərzindəki halımı görən komitə rəsmiləri son görüş ərəfəsi mənə dedilər ki, İlham, gəl çıxma tatamiyə, boş ver medalı, bizə sən lazımsan. Mən istəmədim mübarizəsiz təslim olum. Ona görə də birtəhər toparlanıb görüşə çıxdım”.

İkiqat paralimpiya çempionu fikirlərinə bunları əlavə edib: “Mən iki dəfə bu turnirin ən yüksək əyarlı medalını qazanmışam. Hansı ki, bunun "eks" anlayışı yoxdu. Olimpiya və paralimpiya çempionu adı əbədidi. İdmandı, hər şey olur. Bir məqamı da nəzərə çatdırım ki, mənim bütün rəqiblərim əslində olimpiyaçılar idi, nəinki paralimpiyaçı. Məsələn, çempion olan Özbəkistan təmsilçisinin görməsində ciddi problem yox idi”.

Qeyd edək kİ, Zəkiyevin çəki dərəcəsində çempion adını qazanan sözügedən Özbəkistan təmsilçisi bu yaxınlaradək sağlam cüdoçular arasında çıxış edib. Adilcan Tuledibayevin paracüdo kateqoriyası B3-dü ki, bu da 40 faizədək görmə deməkdir. Bürünc mübarizəsinin ilk iki mərhələsində qarşılaşdığı rəqiblər də bu kateqoriyadan idi. Sonuncu kubalı rəqib isə B2-də ( 20 faizədək görmə) yer alır. Zəkiyev isə B1, yəni tam görmə qabiliyyətini itirmiş cüdoçular kateqoriyasındadır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ