
Açılış mərasimində Azərbaycanın paralimpiya yığmasının keçidi zamanı bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” birinci Avropa Oyunlarının çempionu və komandamızın kapitanı, milli geyimdə olan İlham Zəkiyev aparıb. Komandamızın bayraqdarının geyimini Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova hazırlayıb.