Hall Hazırda oxuduqunuz xəbər
baslik

Paralimpiya yığmamız Rio-ya çatıb

Tarix: 04-09-2016 / 00:22 | Baxılıb: 1 028
yazıyı büyüt yazıyı küçült
Paralimpiya yığmamız Rio-ya çatıb"Vətənpərvər.info" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, XV Paralimpiya Oyunlarında 24 idmançımız mübarizə aparacaq. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışacaq paralimpiyaçılarımızın altısı qadındır. Lisenziyaların sayı isə 41-dür. Bu, “London-2012” ilə müqayisədə 3 idmançı və 5 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng “Marakana” stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

XV Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək keçiriləcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ