Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Tarix: 26-08-2016 / 18:32 | Baxılıb: 1 149
yazıyı büyüt yazıyı küçült
Bu gün Mehriban Əliyevanın doğum günüdürOna qədər “birinci xanım” deyiləndə yalnız dövlət başçısının həyat yoldaşı başa düşülürdü. Mehriban Əliyeva isə birinci xanım və prezidentin həyat yoldaşı kəlmələrinin ayrı-ayrı məfhumlar olduğunu sübut etdi və edir. O, hələ uşaq olarkən digərlərindən fərqləndi. Peşəkarlıqla ifa etdiyi rolda həmyaşıdının dərdini özününküləşdirdi və anında hərkətə keçdi. Bu bir film olsa da, 11 yaşlı qızın ifası mərhəmət, qayğıkeşlik və cəsarət dərsi idi bütün uşaq və böyüklərə… Adının mənası da gülərüzlük, xeyirxahlıq, mərhəmətlilikdir. Və bu məziyyətlər sonradan onun həyat amalına çevrilir.

Zaman keçir... Mehriban Əliyeva həkimlik peşəsinin sirlərinə mükəmməl yiyələnir. Bu gün o, ixtisası üzrə çalışmasa da, Heydər Əliyev fondunun prezidenti kimi bütün sahələrdə, o cümlədən səhiyyədə xeyirxah işlər görür. Əsrin bəlası olan xərçəngdən Azərbaycan övladlarını xilas etmək Mehriban Əliyevanın dəstəyi ilə tikilən “Uşaq onkoloji klinikası” nın fəaliyyətə başlamasından sonra mümkün olub. Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev fondu “uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsini də həyata keçirir. Lap kiçik yaşlarından valideyn nəvazişindən məhrum olan bu balacalar daima onun qayğısnı görür, hiss edirlər. Mehriban Əliyeva uşaqlara nə edırsə, ürəyının hökmü ılə edır... Və onların da, ürəklərini sağlam görmək istəyir. Üzlərində olan xoş təbəssüm isə onun ən böyük qazancıdır.

Mehriban xanımın dəstəyi ilə xalqımızın mədənı ənənələrı və dərın köklərə malık musiqisinin ınkışafı və təblıği üçün də mühüm işlər görülür. Mehriban Əliyevanın sağlam nəslin formalaşmasında məsqədyönlü və səmərəli fəaliyyəti idman sahəsində də hiss olunur. 2002-ci ildə Mehriban xanımın gimnastika federasiyasının prezidenti seçilməsi ilə, sözün əsl mənasında gimnastika ölkəmizdə yenı ınkışaf mərhələsınə qədəm qoydu. Mehriban xanımın beynəlxalq aləmdə artan nüfuzu və gimnastikanın Azərbaycanda sürətli inkişafı, bədii gimnastika üzrə 2013 və 2014-cü il dünya kuboku yarışlarının və 2015-ci il dünya çempionatının ölkəmizdə keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynadı. Bakı 2015 ilk Avropa oyunları isə Mehriban Əliyevanın “şah əsəri” oldu desək, yanılmarıq. Çünki 17 gün ərzində bütün dünya xalqımızın qədim ənənələri, zəngin dəyərləri, qəhrəmanlıqla dolu tarixinin və bu tarixi yazanların şahidi oldu. Fiziki məhdudiyyətli idmançıların bu möhtəşəm idman yarışına cəlb olunmsı isə dünya praktikasında bir yenilik oldu. Beləliklə, Azərbaycanın birinci xanımının rəhbərlık etdiy komanda səmərəli fəaliyyətini ən yüksək səviyyədə göstərdi.

Zəngin intellekt Azərbaycanın gələcəyi naminə yeni bir tarix yazdı. Ədalət, xoş niyyət və birlik zəfər çaldı. Azərbaycan respublikası prezidentinin 1300 nömrəli sərəncamı ilə Azərbaycan respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda təbliğinə və birinci Avropa oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva Heydər Əliyev ordeni ilə təltif edildi.

Deyirllər "Gözəlsənsə, sənə baxırlar, ağıllısansa, valeh olurlar, ağıllı və gözəlsənsə, sənı unuda bılmırlər..." Mehriban Əliyeva unudulmayanlardandır və o, hələ çox “Xoşməramlı missiya“ həyata keçirəcək.

Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ