Hall Hazırda oxuduqunuz xəbər
baslik

Əlillərə reseptsiz dərmanlar verildi

Tarix: 26-08-2016 / 18:26 | Baxılıb: 909
yazıyı büyüt yazıyı küçült
Əlillərə reseptsiz dərmanlar verildiAvqustun 26-da Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud olan insanlara dəstək” adlı layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhərində yerləşən Respublika Əlillərin Bərpa Mərkəzində reablitasiya olunan əlillərlə görüşüb.

Görüşdə çıxış edən İctimai Birliyin sədri, I qrup Vətən müharibəsi əlili Dadaş Quliyev layihə haqqında ətraflı verərək, QHT Şurasının rəhbərliyinə bu cür humanist layihənin həyata keçməsinə göstərdikləri dəstəyə görə təşəkkür edib. Daha sonra layihənin psixoloqu Elxan Xanəlizadə və hüquqşünası Telman Əbilov çıxış edərək, sağlamlıq imkanları məhdud olan insanlara layihə çərçivəsində veriləcək reseptsiz dərman preparatları haqqında məlumat veriblər.

Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Dadaş Quliyev və digər layihə əməkdaşları sonda əksəriyyəti I qrup olan əlillərə reseptsiz satılan zəruri dərman preparatları olan hədiyyə paketlərini təqdim ediblər. Tədbirdə Dadaş Quliyev, Elxan Xanəlizadə və Telman Əbilov əlilləri maraqlandıran sualları cavablandırıblar. Respublika Əlillərin Bərpa Mərkəzinin rəhbərliyi və tibb işçiləri bu cür layihələrin əhəmiyyətli olduğunu vurğulayaraq, gələcəkdə yardım miqyasını genişləndirməyin vacibliyini qeyd ediblər.


Əlillərə reseptsiz dərmanlar verildi
Əlillərə reseptsiz dərmanlar verildi
Əlillərə reseptsiz dərmanlar verildi
Əlillərə reseptsiz dərmanlar verildi
Əlillərə reseptsiz dərmanlar verildi
Əlillərə reseptsiz dərmanlar verildi






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ