Hall Hazırda oxuduqunuz xəbər
baslik

DTX-nın emblemi təsdiq edildi

Tarix: 11-08-2016 / 23:38 | Baxılıb: 1 153
yazıyı büyüt yazıyı küçült
DTX-nın emblemi təsdiq edildiAzərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” fərmanında dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, həmin dəyişikliklərin məzmunu aşağıdakılardır:

“1. Adında və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında Əsasnamə” üzrə:

2.1. adında,1-ci hissəsinin birinci və ikinci cümlələrində, 2-ci hissəsində, 3-cü hissəsində (hər üç halda) və 4-cü hissəsinin birinci, ikinci və üçüncü abzaslarında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissəsinin birinci cümləsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissəsində “Nazirliyin” sözü “Xidmətin” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin rəsmi embleminin təsviri” üzrə:

3.1. adında, birinci hissəsində və emblemin şəklinin adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. ikinci hissəsinin birinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ” sözləri ilə əvəz edilsin;

3.3. emblemin şəkli yenisi ilə əvəz edilsin (əlavə olunur)”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ