Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dövlət xidmətinə yeni səlahiyyətlər verildi

Tarix: 11-08-2016 / 23:24 | Baxılıb: 898
yazıyı büyüt yazıyı küçült
Dövlət xidmətinə yeni səlahiyyətlər verildiPrezident İlham Əliyev “Azərbaycan respubliksı silahlı qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında” fərman verib. Dəyişiklik dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlıdır.

Azərbaycan silahlı qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Bu sihahıya həmçinin hərbi xidmətdən ehtiyata buraxılan, 20 il və daha çox xidmət edən ali və baş zabitlər, “Azərbaycanın milli qəhrəmanı”, “Şöhrət ordeni” və “Şax ismayıl” ali hərbi ordeni ilə təltif edilmiş hərbiçilər də daxildir. Bu günə qədər həmin şəxslərin bu nizamnaməyə uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər dövlət büdcəsindən müdafiə nazirliyinin saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilib.

Onların valideynlərinə yas mərasimlərinin təşkili üçün müəyyən edilən qaydada və məbləğdə maliyyə yardımı da eyni nazirlik tərəfindən göstərilib. Dəyişikliklərə əsasən bu səlahiyyətlər səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə verilib. Xatırladaq ki, dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları ilə bağlı bir müddət əvvəl nizamnaməyə 16 saylı əlavə də edilmişdir.

Dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi məsələsi də öz əksini tapıb.







Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2022    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ