Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ordunun təminatı daim nəzarətdədir

Tarix: 29-07-2016 / 01:23 | Baxılıb: 759
yazıyı büyüt yazıyı küçült
Ordunun təminatı daim nəzarətdədirMüdafiə Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən idarə rəisi, polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını bildirib. O, dövlətimizin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində verilən tapşırıqların yerinə yetirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Sonra ötən altı ay ərzində arxa cəbhə xidməti üzrə görülən işlər barədə hesabatlar dinlənilib və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ