Hall Hazırda oxuduqunuz xəbər
baslik

Xoşqədəm Xəzər TV-də işə başlayacaq

Tarix: 02-07-2016 / 14:48 | Baxılıb: 1 463
yazıyı büyüt yazıyı küçült
Xoşqədəm Xəzər TV-də işə başlayacaq"Vətənpərvər.info" Axşam.az-a istinadən xəbər verir ki, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.

Qeyd edək ki, X.Hidayətqızı eyni zamanda sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının "Səni axtarıram" layihəsində çalışanlar da yer alıb.

Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib.

Aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2021    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ