Hall Hazırda oxuduqunuz xəbər
baslik

İdmançımız erməniyə qalib gələrək - Avropa çempionu oldu

Tarix: 02-07-2016 / 00:44 | Baxılıb: 584
yazıyı büyüt yazıyı küçült
İdmançımız erməniyə qalib gələrək - Avropa çempionu olduAzərbaycanın yeniyetmə cüdoçuları Finlandiyada keçirilən Avropa birinciliyinin ilk günü möhtəşəm qələbələrə imza atıblar. Onlar qitənin nüfuzlu yarışında 2 qızıl və 1 bürünc medal qazanıblar.

"Vətənpərvər.info" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rövşən Əliyev Ermənistan, Rumıniya və Macarıstan cüdoçularını məğlub edərək qızıl medala sahib olub.

55 kq çəki dərəcəsində mübarizə aparan Əhməd Yusifov isə Türkiyə, Hollandiya, Serbiya, İtaliya və Belarus təmsilçilərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

50 kq çəki dərəcəsində çıxış edən Raşxan Baxşəliyev isə yarımfinalda komanda yoldaşı - bu çəkidə qızıl medal qazanmış Rövşən Əliyevə uduzaraq bürünc medal uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda mübarizədə israilli İdo Rab üzərində qələbəyə sevinən Baxşəliyev milli komandamıza növbəti medalı qazandırıb.

Qeyd edək ki, 41 ölkədən 421 idmançının (238 oğlan, 183 qız) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ