Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Qəhrəman haqqında yeni film

Tarix: 01-07-2016 / 15:10 | Baxılıb: 3 163
yazıyı büyüt yazıyı küçült
Milli Qəhrəman haqqında yeni filmİyulun 1-də Azərbaycan İstiqlal Muzeyində Milli Qəhrəman Səyavuş Həsənova həsr olunmuş “Şəhid, səndən başlayır Vətən” adlı filmin təqdimatı olub.

"Vətənpərvər.info" AZƏRTAC-a istinadən xəbər verir ki, film “Torpaq uğrunda ölən varsa vətəndir” adlı layihə çərçivəsində İTV-nin “Carçı” Film Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov tərəfindən ekranlaşdırılıb.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin Vətən sevgisindən söz açıb.

Qeyd olunub ki, 1964-cu il yanvarın 20-də Şərur rayonunda anadan olan qəhrəman Goranboy, Gədəbəy və Şuşada gedən döyüşlərdə xüsusi igidlik göstərib. 1992-ci il iyunun 25-də Səyavuş Həsənov Qırmızıkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Bildirilib ki, belə tədbirlərin təşkil olunmasında məqsəd zaman-zaman vətənə xidmət etmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etmək, o cümlədən torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda şəhid olmuş qəhrəman Azərbaycan övladlarının xalqımıza daha da yaxından tanıdılması, gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi əzmini yaratmaqdan ibarətdir.

Tədbirdə Milli Qəhrəmanın oğlu Həsən Həsənli, döyüş yoldaşı Telman Tağıyev və digər yaxınları çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2019    »
BeÇaÇşCaCmŞbBz
 123
45678910
11121314151617
18192021222324
25262728293031

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ