Hall Hazırda oxuduqunuz xəbər
baslik

Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub

Tarix: 01-07-2016 / 01:05 | Baxılıb: 995
yazıyı büyüt yazıyı küçült
Bu gün Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli və millət vəkili Mahir Abbaszadə Bərdə rayonunda məskunlaşmış laçınlılarla görüş keçirib.

"Vətənpərvər.info" Karabakhmedia.az-a istinadən xəbər verir ki, tədbir çərçivəsində Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyevanın 80 illiyk yubleyi qeyd edilib, hədiyyələr verilib. Laçın Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub. Şərqiyyə Vəlievanın keçdiyi həyat və ömür yolu haqqında geniş məlumat verilib. Sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu və ictimai fəaliyyəti xüsusi vurğulanıb.

Sıravi əməkçidən Əmək Qəhrəmanına, adi zəhmət adamından o dövrün yüksək mükafatına layiq görülmüş vətəndaşına çevrilməsi, ən başlıcası isə el–obanın sevimlisi olması qeyd olunub.

Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman Ana Şərqiyyə Vəliyevanın fəaliyyəti Azərbaycanın müstəqillik illərində də yüksək qiymətləndirilmiş, o, ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 11 İyun tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

Daha sonra mərasimdə laçınlı məcburi köçkünlərin problemləri dinlənilib, qaldırılan bəzi məsələlər yerində həll edilib, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlar verilibdir. Görüşdə Laçın rayon İcra hakimiyyəti başçısı aparatının rəhbər işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin aparıcı şəxsləri ilə yanaşı rayon və kənd sakinləri də iştirak edib.


Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub
Sosialist Əməyi Qəhrəmanının 80 illik yubileyi qeyd olunub






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Oktyabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ