Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Əlil arabasında idman rəqsi” Paralimpiya oyunlarına salına bilər

Tarix: 28-06-2016 / 01:49 | Baxılıb: 1 743
yazıyı büyüt yazıyı küçült
“Əlil arabasında idman rəqsi” Paralimpiya oyunlarına salına bilər“Əlil arabasında idman rəqsi” Paralimpiya oyunlarına salına bilər

Bu fikri Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov səsləndirib. O, qeyd edib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi bu məqsədlə Beynəlxalq Paralimpiya Komitəsinə müraciət ünvanlayıb.

Komitə rəhbəri Bakıda ikinci dəfə keçirilən “Əlil arabasında idman rəqsi” üzrə beynəlxalq yarışın əsas hədəflərini də açıqlayıb. Bildirib ki, məqsəd bu idman növünə geniş əlil kütləsini cəlb etmək və onlar arasında bu oyuna marağı artırmaqdır.

İlqar Rəhimov həmçinin bu istiqamətdə geniş işlərin aparıldığını qeyd edib. Milli komandanın tərkibinə istedadlı gənclər cəlb olunduğunu, hətta onların bir sıra beynəlxalq yarışların qalibləri olduqlarını vurğulayıb.

Xatırladaq ki, iyunun 25-də Bakı bulvarında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş əlil arabasında idman rəqsi üzrə beynəlxalq rəqs festivalı keçirilib.
Festivalda Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olmaqla 19 idmançı-rəqqas iştirak edib. Ölkəmizi bu layihədə Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2022    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ