Hall Hazırda oxuduqunuz xəbər
baslik

Papa Türkiyə ilə bağlı çağırış etdi: "Problem axtarmayın"

Tarix: 26-06-2016 / 11:43 | Baxılıb: 428
yazıyı büyüt yazıyı küçült
Papa Türkiyə ilə bağlı çağırış etdi: "Problem axtarmayın"Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma Papasının "erməni soyqırımı"nı tanıması ilə əlaqədar Türkiyə ilə münasibətlərdə ciddi problem axtarmamağa çağırıb.

Bunu Federiko Lombardi Gümrüdə Papanın "erməni soyqırımı" ifadəsinə Türkiyənin sərt reaksiyasına dair suala cavabında bildirib.

Qeyd edək ki, Ermənistan prezidentinin iqamətgahında çıxışı zamanı Roma Papası protokola zidd olaraq növbəti dəfə "erməni soyqırımı" ifadəsi işlədib.

Roma papası Fransiskin Ermənistanda 1915-ci il hadisələrinə "soyqırım" deməsinə Türkiyədən ilk reaksiya gəlib.

Anspress-in məlumatına görə, Türkiyə baş nazirinin müavini Nurəddin Canikli deyib ki, Papanın bu ifadəni işlətməsi obyektiv deyil və həqiqətlərə uyğun gəlmir.

Papanın belə bir açıqlama verməsi böyük ədalətsizlikdir. Obyektiv bir açıqlama deyil və həqiqətə uyğun deyil. Bunu ermənilər və bütün dünya bilir. Təbii ki, bu çıxışa ciddi yanaşmırıq. Bu millətin tarixində belə bir ləkə yoxdur", - deyə Türkiyə rəsmisi bildirib.

O deyib ki, Roma Papasının fəaliyyətində xaçlı zehniyyətinin təzahürlərini açıq-aşkar görmək mümkündür.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2019    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ