
"Vətənpərvər.info" AZƏRTAC-a istinadən xəbər verir ki, festival Paralimpiya himninin səsləndirilməsi ilə açıq elan olunub.
Sonra festivalın aparıcıları tərəfindən Azərbaycanda idmana göstərilən dövlət qayğısından, paralimpiyaçılarımızın uğurlarından, ölkəmizdə paraolimpiya hərəkatının inkişafından söz açılıb. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması və cəmiyyətə inteqrasiyasında idmanın imkanlarından istifadənin nəhəng addım olduğu xüsusi vurğulanıb.
Festivalda Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycandan olmaqla 19 idmançı-rəqqas iştirak edib.
Ölkəmizi bu layihədə Paralimpiyaçı Vüsalə Kərimova və Fərid Mehdiyev təmsil edib.
Səhnədə biri-birindən maraqlı rəqs nümayiş etdirən paralimpiyaçılar alqışlarla qarşılanıb.