Hall Hazırda oxuduqunuz xəbər
baslik

Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO

Tarix: 18-06-2016 / 16:46 | Baxılıb: 1 537
yazıyı büyüt yazıyı küçült
Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi və “Rio-2016” paralimpiya oyunlarinda ölkəmizi təmsil edən idmançıların tanıtım kampaniyasi çərçivəsində Rusiyanin paytaxti Moskva şəhərində “Hünərin gücü” sənədli filminin ilk beynəlxalq təqdimati keçirilib.

Vətənpərvər.info xəbər verir ki, Moskva Dövlət Humanitar İqtisad Universitetində baş tutan mərasimdə diaspor nümayəndələri, Rusiyada fəaliyyət göstərən gənclər təşkilatlarının fəalları, Universitetin müəllim-tələbə kollektivi iştirak edib.

Təqdimatdan öncə Moskva Dövlət Humanitar İqtisad Universiteti rektoru Vaqif Bayramov filmin yaradıcı heyyətini və paralimpiyaçıları qəbul edib. Tədris ocağının rəhbəri Azərbaycan Paralimpiyaçılarının beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etdiyini qeyd edib. Bildirib ki, onlardan Vüsalə Kərimova və Kənan Pirizadə Universitetdə təhsillərini uğurla davam etdirirlər. Kamal Məmmədov isə bu il ali təhsil ocağını qırmızı diplomla bitirib.

Görüşdə çıxış edən paralimpiyaçılar Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından göstərilən diqqətə görə, Universitet rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra Milli Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunan, Lider tv “Gənclər” redaksiyasi tərəfindən hazirlanan “Hünərin gücü” sənədli filminin beynəlxalq təqdimatı baş tutub. Fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının həyat tərzi və əldə etdikləri uğurlardan bəhs edən filmin nümayişini yüksək qiymətləndirilib. “Hünərin gücü”nü başdan sona izləyən tələbələr sırasında erməni tələbələr də olub. Mərasimdə 7 ölkədən 100-ə yaxın qonaq iştirak edib. Böyük maraqla qarşılanan ekran əsərinin digər ölkəllərdə nümayiş olunması üçün yaradıcı heyyətə müraciət olunub. Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi çərçivəsində “Hünərin gücü” filminin bir sira ölkələrdə nümayişi nəzərdə tutulur. Komitədən verilən məlumata görə, artiq ekran əsərinin bir sira dillərə tərcümə olunmasi istiqamətində işlər aparilir.

Sonda Lider Televiziyası Paralimpiya hərəkatının inkişafına göstərdiyi dəstəyə görə fəxri diplomla mükafatlandırılıb.

Xatırladaq ki, “Hünərin gücü” sənədli filmi Lider Tv “Gənclər” redaksiyası tərəfindən hazırlanıb. Filmin müəllifi Lider tv-nin xəbər aparıcısı Günel Gözəlovadır.



Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO
Erməni tələbələri ekrana bağlayan Azərbaycan filmi: `HÜNƏRİN GÜCÜ` VİDEO






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2022    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ