
Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinin də təqdimatı keçiriləcəkdir.
Təqdimat 14 iyun saat 15.00-da Moskva Dövlət Humanitar-İqtisad Universitetində baş tutacaq. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Diaspor nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər (AMOR) Təşkilatının fəalları, Rusiyada təhsil alan həmvətənlərimiz və Universitetin müəllim-tələbə kollektivi iştirak edəcək.
Xatırladaq ki, “Hünərin gücü” sənədli filmi bu ilin əvvəlində Lider Tv “Gənclər” redaksiyası tərəfindən hazırlanıb. Filmin müəllifi Günel Gözəlovadır.