Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nazir müavini BƏT-ə səsləndi: “Ermənistanın işğalı ölkəmizin sosial inkişaf problemlərini dəfələrlə ağırlaşdırır”

Tarix: 07-06-2016 / 03:02 | Baxılıb: 648
yazıyı büyüt yazıyı küçült
Nazir müavini BƏT-ə səsləndi: “Ermənistanın işğalı ölkəmizin sosial inkişaf problemlərini dəfələrlə ağırlaşdırır”İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının (BƏT) 105-ci sessiyası keçirilir.

"vƏTƏNPƏRVƏR.İNFO" Gün.Az-a istinadən xəbər verir ki, BƏT-ə üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirin gündəliyinə BƏT-in Layiqli Əmək Konsepsiyasının reallaşdırılması, iş yerlərinin keyfiyyətinin artırılması ilə bağlı məsələlər daxildir.

Sessiyanın plenar iclasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizin iqtisadi inkişaf modeli, rəqabətədavamlı innovativ iqtisadiyyatın formalaşması, əldə edilən iqtisadi nailiyyətlər barədə məlumat verib.

Nazir müavini vurğulayıb ki, Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi səmərəli sosial-iqtisadi islahatlar kursu nəticəsində respublikada sahibkarlığın, ümumən milli iqtisadiyyatın inkişafı üçün hər bir şərait yaradılıb:

“Sosialyönümlü iqtisadiyyatın formalaşdığı, iqtisadi şaxələndirməyə, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin getdikcə artırıldığı ölkədə makroiqtisadi sabitliyə nail olunub.

Düşünülmüş fiskal siyasət, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına yönələn güzəştli kreditlər, investisiya fəaliyyətinin gücləndirilməsi, səmərəli vergi və antiinhisar siyasəti və s. nəticəsində son 12 ildə ölkədə ümumdaxili məhsul 3,4 dəfə artıb.

Bu dövrdə respublikada 1,4 milyon yeni iş yaradılıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib, əhalinin gəlirlərində 6,5 dəfə artım özünü göstərib”.

Nazir müavini ölkəmizdə qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılmasına, özünüməşğulluğun inkişafına xüsusi diqqət yetirildiyini, sosial problemlərin həllində gender aspektlərinə, sosial dialoqun inkişafına önəm verildiyini, BƏT-lə və digər beynəlxalq strukturlarla gələcək əməkdaşlıq proqramlarında da bu istiqamətlərin əksini tapacağına ümid etdiyini diqqətə çatdırıb:

“Sosial hüquqların gələcək inkişafında sosial təhlükəsizlik bu gün mühüm əhəmiyyət kəsb edir. Bu mənada həll olunmamış hərbi münaqişələrin və terror təhlükəsinin nəinki ayrı-ayrı ölkələrin, bütövlükdə dünya birliyinin sosial inkişaf imkanlarını məhdudlaşdırdığına diqqət yetirilməlidir.

Belə ki, Azərbaycan ərazisinin 20%-nin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün olması ölkəmizin sosial inkişaf problemlərini dəfələrlə ağırlaşdırır.

Bu isə, fikrimizcə, BƏT-in də bir çox strateji məqsədlərinə nail olunmasını çətinləşdirən həmin problemin həlli ilə bağlı beynəlxalq birlik tərəfindən səylərin daha da artırılmasını tələb edir”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ