Hall Hazırda oxuduqunuz xəbər
baslik

"iPhone 7" in qiyməti məlum oldu

Tarix: 04-06-2016 / 10:08 | Baxılıb: 1 006
yazıyı büyüt yazıyı küçült
"iPhone 7" in qiyməti məlum oldu "Apple" şirkətinin sentyabrda təqdimatını keçirməsi nəzərdə tutulan 3 yeni "iPhone" modellərinin qiyməti məlum olub.

"Vətənpərvər.info" xəbər verir ki, adının açıqlanmasını istəməyən şirkətə yaxın mənbədən bildirilib ki, "iPhone 7 Pro" modelinin qiyməti onun yaddaş tutumundan asılı olaraq dəyişəcək.

Ən mükəmməl versiya hesab edilən Pro modelinin 32 QB yaddaş tutumuna malik olan telefonu 7088 yuan (1612 manat), 128 QB yaddaş tutumuna malik olanı 7888 yuan (1792 manat), 256 QB yaddaş tutumu olan "iPhone 7Pro" modelinin isə 8888 yuan (2016 manat) civarında olacağı deyilir.

"iPhone 7" və "7 Plus" modellərinin qiyməti isə əvvəlki nəsil telefonların ilkin satış qiyməti civarında olacağı bildirilib.

Bundan başqa yeni "iPhone 7" modelində qulaqcıq deşiyinin olmaması söz-söhbətə səbəb olsa da şirkətin öz niyyətindən əl çəkmədiyi məlum olub.

Etirazlara baxmayaraq telefonların dizaynının dəyişməyəcəyi deyilir. İstifadəçilər qulaqcıqları mobil vasitəyə "Lightning", yaxud da "Bluetooth" vasitəsi ilə qoşa biləcək.

"Apple"ın üzərində çalışdığı yeni "iPhone 7"nin ən böyük dəyişikliyindən biri də onun su keçirməyən bir sistemə sahib olmasıdır.

Mənbə onu da bildirib ki, yeni "iPhone 7" modellərində iOS 10 sistemi tətbiq ediləcək.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2020    »
BeÇaÇşCaCmŞbBz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ