Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycan XİN: Bundestaqda qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə qərəzli və qeyri-obyektivdir

Tarix: 02-06-2016 / 23:35 | Baxılıb: 538
yazıyı büyüt yazıyı küçült
Azərbaycan XİN: Bundestaqda qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamə qərəzli və qeyri-obyektivdirBakı – APA. “Almaniya parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik. Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya parlamentinin “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnaməni şərh edərkən deyib.

O qeyd edib ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən “erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir: ”Bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir”.
Sosial səhifələrdə






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2021    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
2930 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ