Hall Hazırda oxuduqunuz xəbər
baslik

Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu

Tarix: 26-05-2016 / 17:45 | Baxılıb: 1 187
yazıyı büyüt yazıyı küçült
"VƏTƏNPƏRVƏR.İNFO" xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilmişdir.
Görüşdə layihə rəhbəri, ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov layihə haqqında geniş məlumat vermiş və 2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın adlarını ictimayyetə açıqlamışdır.
Layihənin məqsədi 2016-cı ilin sentyabr ayında Braziliyanın Rio-De-Janeyro şəhərində XV yay paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçıları, iştirak edəcək idman növlərini, bu idman növlərinin qaydalarını, tibbi təsnifat haqqında əhaliyə məlumat verərək, seyirci və tərəfdaş kütləsinin çoxalmasına nail olmaqdır.
Tədbirdə Milli Paralimpiya Komitəsinin bütün idman növlərinin məşqçiləri, idmançıları, KİV nümayyəndələri, İctimai Birlik təmsilciləri iştirak etmişdir.
2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarına lisenziya qazanmış paralimpiyaçı idmançıların siyahısı
Cüdo
1. İlham Zəkiyev 100+
2. Kənan Abdullahxanlı 100-
3. Rövşən Səfərov 81 kq
4. Ramil Qasımov 73 kq
5. Bayram Mustafayev 66 kq
6. Ramin İbrahimov 60kq
7. Səbinə Abdullayeva 57 kq
Pauerliftinq
1. Elşən Hüseynov 107- kq
2. Razm Azar 65+ kq
Üzgüçülük
1. Dmitriy Saley
2. Roman Saley
Atletika
1. Kamil Əliyev
2. Elçin Muradov
3. Rüfət Rəfiyev
4. Iradə Əliyeva
5. Elena Çebanu
6. Elmir Cəbrayılov
Güllə atıcılığı
1. Elena Taranova
Qeyd: İyun ayının sonuna qədər reytinq cədvəlinə əsasən daha 6 idmançımızın lisenziya alması gözlənilir.

Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu
Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu
Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu
Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu
Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu
Rio-2016-da iştirak edəcək Paralimpiyaçılar məlum oldu










Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    May 2022    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

VƏTƏNPƏRVƏR.İNFO SOSİAL ŞƏBƏKƏLƏRDƏ