Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Paralimpiyaçılara yüksək səviyyədə şərait yaradılacaq. Bu fikirləri Lider TV-də yayımlananan "Səda 24" verlişinə müsahibəsi zamanı Oyunların Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov səsləndirib.
Xatırladaq ki, gələn il 12-22 may tarixlərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Paralimpiyaçılarımız paratletika və paracüdo idman növlərində təmsil olunacaqlar.